Sabah Binəqədi rayonu da susuz qalacaq
07 yanvar 2013 17:37 (UTC +04:00)

Sabah Binəqədi rayonu da susuz qalacaq

Sabah Bakı şəhəri Binəqədi rayonu da susuz qalacaq. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq yanvarın 8-də Bakı şəhəri Binəqədi rayonunun, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.

Xatırladaq ki, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə “Maştağa” su anbarında əsaslı təmir və yenidənqurma işləri aparılacaq. Bununla əlaqədar sabah paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarına, eləcə də Abşeron rayonunun bir hissəsinə içməli su gün ərzində fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777
avatar

Oxşar yazılar