Sabah 4 rayona içməli su verilməyəcək
07 yanvar 2013 15:30 (UTC +04:00)

Sabah 4 rayona içməli su verilməyəcək

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə “Maştağa” su anbarında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar yanvarın 8-də paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarına, eləcə də Abşeron rayonunun bir hissəsinə içməli su gün ərzində fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1811
avatar

Oxşar yazılar