Rusiya ali məktəblərinə sənəd verən azərbaycanlıların sayı açıqlandı
13 iyun 2013 17:32 (UTC +04:00)

Rusiya ali məktəblərinə sənəd verən azərbaycanlıların sayı açıqlandı

”Rusiyanın ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən Azərbaycan vətəndaşlarının qeydiyyatı başa çatıb”. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə məlumat verib.

 

Onun sözlərinə görə, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin 2013-2014-cü tədris ili üçün Rusiyanın ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən Azərbaycan  vətəndaşları üçün ayırdığı 49 yerə 24 nəfər sənəd verib.

 

E. Nağızadə deyib ki, qeydiyyatdan keçən abituriyentlər iyunun 16-da TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edəcəklər. İmtahandan sonra boş qalan yerlər üçün Rusiyada yaşayan azərbaycanlılar arasında müsabiqə keçiriləcək.

 

Qeyd edək ki, Təhsil Nazirliyi və TQDK iyunun 6-da Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar