Rayonlarda qar yağacaq
08 yanvar 2013 00:10 (UTC +04:00)

Rayonlarda qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutqun, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-4, gündüz 8-11 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə  şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

 

Yanvarın 8-də Abşeron yarımadasında mülayim qış havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 9-10-da arabir güclənən xəzri küləyi fonunda temperaturun xeyli aşağı enməsi soyuq diskomfort hissi yaradaraq meteohəssas insanlar üçün əlverişsiz olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968
avatar

Oxşar yazılar