Qeydiyyatdan keçməyən 1277 radioelektron vasitə aşkarlanıb
07 yanvar 2013 17:55 (UTC +04:00)

Qeydiyyatdan keçməyən 1277 radioelektron vasitə aşkarlanıb

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən 2012-ci il  ərzində 848 müəssisə və təşkilatlarda istismar olunan avadanlıqlara texniki baxış keçirilib, təşkilatların müraciətlərinə əsasən möhürlərin və möhürlənmiş avadanlıqların möhürləri açılaraq istismara verilib.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, müəssisə və təşkilatlarda istismar edilən radioelektron vasitələrinə (REV) texniki baxış zamanı DRİ-də dövlət qeydiyyatından keçməyən qeyri-qanuni istifadə edilən 1277 ədəd müxtəlif növ REV aşkarlanıb.

 

Bunlardan 544 ədədi qeydiyyata alınıb, 404 ədədi möhürlənib, 33 ədədi istismardan çıxardılıb (silinib), 296 ədəd REV-in qeydiyyata alınması üçün iş aparılır. Qeyri-qanuni REV-i istifadə edən 67 istifadəçiyə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin pozulmasına dair protokollar tərtib edilib və müvafiq qaydada hüquqi tədbirlər görülüb. DRİ-də qeydiyyatdan keçmiş kommersiya və fiziki şəxslərin istismar etdikləri REV-nə baxış keçirmək məqsədilə 2013-cü ildə planlaşdırılan yoxlamalar barədə Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinə məlumat verilib və təsdiqlənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595
avatar

Oxşar yazılar