Prezident İlham Əliyevdən  Ramazan təbriki – MƏTN
07 avqust 2013 16:30 (UTC +04:00)

Prezident İlham Əliyevdən Ramazan təbriki – MƏTN

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Lent.az-ın məlumatına görə, təbrikdə deyilir:

 

“Hörmətli həmvətənlər!

 

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram. Ramazan ayı müqəddəs kitabımız Qurani-Kərimin nazil olması ilə əlamətdardır. İnsanlar arasında birlik, bərabərlik və xeyirxahlığı, dini dəyərlərə bağlılığı təcəssüm etdirən bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borcunu daha dolğun ödəmək fürsəti qazanır, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Tarixən islam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə hörmət həmişə qorunub saxlanılıb. Respublikamızda vicdan və dini etiqad azadlığı, dövlət-din münasibətləri ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq təmin edilmiş, müstəqillik illərində milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi sahəsində kompleks tədbirlər həyata keçirilib. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, islam mədəniyyətinin nadir incilərindən olan tarixi-dini abidələrimizin əsaslı şəkildə yenidən qurulması sahəsində işlər davamlı xarakter alıb. Bu il Cənubi Qafqazın ilk müsəlman məbədi – Şamaxı Cümə məscidi bərpa edilərək dindarların istifadəsinə verilib. İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran mübarək Ramazan ayı artıq başa çatır. Orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız bayram sevincini səmimiyyətlə bölüşür, xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi üçün diləklər edilir, şəhidlərimizin xatirəsi minnətdarlıqla yad olunur.
 

Əziz bacı və qardaşlarım!


Cəmiyyətimizdə humanizmin, qardaşlıq və həmrəylik duyğularının təntənəsinə çevrilən Ramazan ayını hər il olduğu kimi, bu il də böyük qürur və məmnunluq hissi ilə yola salırıq. Bu əziz bayram günlərində bir daha bütün xeyirxah dua və diləklərinizlə həmrəy olduğumu bildirir, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin! ”

# 934
avatar

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10