Meksikada beş nəfər super güclər qazanmaq üçün birlikdə zəhər içdilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, zəhərlənənlər bəzi mistik güclər əldə etmək üçün zəhərli iksir hazırlayıb içiblər. Onları xilas etmək mümkün olmayıb. Polis dörd kişi və bir qadın olan beş nəfərin qohum olduqlarını ehtimal edir.
Onlar Afrika Yoruba xalqının katolik adət-ənənələrini və rituallarını birləşdirən Kuba dini olan Santeria dinini qəbul ediblər. Santeria zəhərli və halüsinogen maddələrlə şaman ayinlərinin icrasını təsdiqləyir.