“Miorı” komandası Belarus İdman Nazirliyinin liqasının ikinci tur oyununda “Rossonı”ni 50:0 hesabı ilə məğlub edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, oyun mayın 4-də baş tutub. Meydan sahibləri qonaqların qapısından 50 cavabsız top keçirib - 24-nü birinci hissədə, daha 26-sını ikinci hissədə.
İdman Nazirliyinin liqası Belarus çempionatının üçüncü güclü divizionudur. Mayın 4-də Belarus Futbol Federasiyası liqanın formatı ilə bağlı icraiyyə komitəsinin mayın 6-da iclasının keçiriləcəyini açıqlayıb. Bu baxımdan artıq keçirilən qarşılaşmalar öz turnir əhəmiyyətini itirə bilər.