Xankəndi şəhər Prokurorluğu yaradılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb
Nazirlər Kabineti Xankəndi şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.