Runi  futbol əfsanələri   ilə işləyəcək
05 may 2024 11:56 (UTC +04:00)

Runi futbol əfsanələri ilə işləyəcək

Ueyn Runi “Birminqem Siti”dən qovulduqdan sonra klubsuz qalıb. Ancaq İngiltərə millisinin keçmiş oyunçusunun işsizliyi uzun sürməyib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 38 yaşlı Runi artıq özünə yeni iş tapıb.

İngilis futbolçu 2021-ci ildə futboldan ayrılıb. Futbolçu karyerası ərzində “Everton”, “Mançester Yunayted”, “Dallas”, “Derbi Kaunti” və İngiltərə millisində çıxış edib.

38 yaşlı hücumçu butslarını asdıqdan sonra demək olar ki, dərhal məşqçilik karyerasına başlayıb. İngilis artıq “Derbi Kaunti”, “Dallas” və “Birminqem Siti” kimi komandaları çalışdırıb. O, sonuncu komandanı yanvarda tərk edib.

İngiltərə komandasındakı çox uğursuz seriya bu klubun rəhbərliyinin əməkdaşlığı dayandırmaq qərarına gəlməsinə səbəb olub. O vaxtdan bəri Runi işsiz idi və yeni təkliflər gözləyirdi.

İnsayder Fabrisio Romanonun verdiyi məlumata görə, keçmiş futbolçu yenidən işə düzəlmək üçün çox gözləməli olmayıb. Runi məşhur The Overlap proqramının yeni eksperti olub.

Beləliklə, məşhur futbolçu digər futbol əfsanələrinə qoşulacaq. İngilis futbolçunun Qari Nevil, Roy Kin, Ceymi Karraqer, Cil Skott və İan Raytla birlikdə çalışacağı gözlənilir.

Bu arada Runi yeni məşqçi vəzifəsi axtarışlarını da davam etdirir. Bununla belə, “Birminqem Siti” nin sükanı arxasındakı zəif  göstəriciləri onunla müqavilə imzalamaq istəyənlərin çox olmaması ilə nəticələnib.
 

# 1698
avatar

Oxşar yazılar