“Barselona” bu müdafiəçi ilə müqaviləsini uzadır
04 may 2024 20:00 (UTC +04:00)

“Barselona” bu müdafiəçi ilə müqaviləsini uzadır

“Barselona”nın müdafiəçisi Serxi Roberto klubla müqaviləsini uzatmaqla Kataloniya komandasında qalmağa hazırdır.

Lent.az xarici mediaya istinadla bildirir ki, mümkün müqavilənin detallarına yaxın günlərdə Serxi Robertonun “Barselona” təmsilçiləri ilə növbəti görüşündən sonra aydınlıq gətiriləcəyi qeyd olunur.

Daha əvvəl “Barselona”nın baş məşqçisi Xavi futbolçunu komandada saxlamaq istədiyini açıqlayıb.

Xatırladaq ki, Roberto “Barselona”nın yetirməsidir. Futbolçunun Kataloniya komandası ilə hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. Bu mövsüm yarımmüdafiəçi bütün 20 oyunda iştirak edib, bu matçlarda 3 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 3 milyon avrodur.

# 1911
avatar

Oxşar yazılar