Prezident Cəlilabad rayonuna 7 milyon manatı ayırıb
31 iyul 2014 18:58 (UTC +04:00)

Prezident Cəlilabad rayonuna 7 milyon manatı ayırıb

Prezident İlham Əliyev Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, iyirmi üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün prezident dövlət büdcəsindən 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayırıb.

 

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759

Oxşar yazılar