
Paytaxtın bu rayonunda təbii qaz olmayacaq
0
0
Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yeni çəkilmiş diametri 400,160 və 110 mm-lik polietilen qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, bu gün saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava, Tbilisi prospekti, 20 yanvar, A. Məhərrəmov, A. Qurbanov, Bakıxanov, C. Məmmədquluzadə və H. Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Bildirilib ki, görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
0
0
Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU
6 sentyabr 2025 , 17:27
Populyar ağrıkəsici ürəyin əsas düşmənlərindən biri adlandırıldı
6 sentyabr 2025 , 16:34
Sabah çimərlikdə hava necə olacaq? - PROQNOZ
6 sentyabr 2025 , 15:40
Açıq mayonezin təhlükəsiz istifadə müddəti
6 sentyabr 2025 , 14:28
Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar
6 sentyabr 2025 , 13:53
Güclü leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
6 sentyabr 2025 , 12:31
Bu gün üçün 3 BÜRCƏ şad xəbər
6 sentyabr 2025 , 09:09