
Palma yağları zərərli deyilmiş - YENİ İDDİA
0
0
“Palma yağlarına dövlət orqanları tərəfindən ciddi nəzarət olunur”.
Bu sözləri Lent.az-ın canlı yayımında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, palma yağlarının heç bir zərəri yoxdur:
"Palma yağının 2 növü var. Bu növlərin biri qida üçün, biri isə texniki növdür. Qida üçün nəzərdə tutulan palma yağının heç bir təhlükəsi yoxdur. Bunları mən 3 il əvvəl İstehlakçı Hüquqlarını Qoruyan Təşkilatların Dünya Konqresində olan zaman bildim. Konqresdə iştirak edənə qədər mən də palma yağları haqqında mənfi fikirləşirdim. Sonradan mənə izah etdilər ki, bu yağlar ucuz olduğu üçün MDB məkanında bitki yağı biznesi ilə üst- üstə düşür və buna görə də bununla bağlı yalnış məlumatlar yayılır”.
AİB sədri həmçinin əlavə edib ki, palma yağlarından daha çox diqqət edilən körpə qidalarında istifadə olunur və bu səbəbdən də narahatlığa gərək yoxdur.
0
0
Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU
6 sentyabr 2025 , 17:27
Populyar ağrıkəsici ürəyin əsas düşmənlərindən biri adlandırıldı
6 sentyabr 2025 , 16:34
Sabah çimərlikdə hava necə olacaq? - PROQNOZ
6 sentyabr 2025 , 15:40
Açıq mayonezin təhlükəsiz istifadə müddəti
6 sentyabr 2025 , 14:28
Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar
6 sentyabr 2025 , 13:53
Güclü leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
6 sentyabr 2025 , 12:31
Bu gün üçün 3 BÜRCƏ şad xəbər
6 sentyabr 2025 , 09:09