

Təmir olunan yollarda niyə yenidən problemlər yaranır?
Xəbər verdiyimiz kim, iyunun 7-də Babək prospekti 56 ünvanında (Maşın bazarının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus su xəttində qəza baş verib. Qeyd edək ki, bundan əvvəl də - mayın 31-də - Məhəmməd Hadi küçəsi 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən 500 mm-lik su xəttində sızma baş vermişdi. Baş vermiş hadisələr nəticəsində “Azərsu” ASC əməkdaşları tərəfindən qazıntı işləri başladılaraq, yollar təmir edilib.
Mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, qurum Bakı şəhərindəki küçə və prospektlərdə təmir işləri aparılmadan əvvəl aidiyyatı üzrə qurumlara müraciət edir:

“Məsələn, yerin altından keçən kommunikasiya xətləri üçün “Azərsu”, “Azəriqaz”, Azərişıq” və s. qurumlara müraciət ünvanlayırıq. Və bildiririk ki, hər hansısa işləri varsa, təmir və ya yenidənqurmadan əvvəl bunu gəlib etsinlər. Bu müddətdə xətlər köhnədirsə, yeniləyirlər və ya yararsızdırsa, bunları dəyişə bilirlər. Sözügedən qurumlar işlərini tam yekunlaşdırdıqdan sonra isə biz öz işimizə başlayırıq”.
A.Nəcəfli əlavə edib ki, yenidənqurma işləri bitdikdən sonra hər hansı bir kommunikasiya xəttində problem yaranırsa, aiddiyyatı qurum əraziyə gələrək problemi həll edir:
“Qurumun sözügedən ərazidə işi bitdikdən sonra isə həmin yerin bərpası agentlik tərəfindən həyata keçirilir”.
Qeyd edək ki, mövzu ilə əlaqədar “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının da münasibətini öyrənmək istəsək də, qarşı tərəflə əlaqə saxlaya bilmədik.
Oxşar yazılar

Bir BÜRCƏ şad xəbər: Bu həftə həyatınız kökündən dəyişəcək
24 fevral 2025 , 00:01
Azərbaycanda hava ilə bağlı hansı hallarda işlər dayandırılmalıdır?
23 fevral 2025 , 23:30
Sabah məktəblərdə dərslər ənənəvi qaydada davam edəcək
23 fevral 2025 , 23:19
Polisdən xəbərdarlıq - Yol örtüyü sizi aldada bilər
23 fevral 2025 , 21:51
Sabah bir çox universitetdə dərslər onlayn olacaq
23 fevral 2025 , 20:58
Azərbaycanda ən soyuq hava bu tarixdə gözlənilir - XƏBƏRDARLIQ
23 fevral 2025 , 19:59
Bu bürclərin kişiləri üçün siz həmişə anasından sonra ikinci olacaqsınız
23 fevral 2025 , 19:53