
Nazirlik yeni müsabiqəyə başlayır
Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə start verilir. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib.
Verilən məlumata görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 1-5 aprel tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.
Sözügedən müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.
Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə isə bütün fənlər üzrə 36 bal müəyyən edilib.
Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdiriləcək.
Oxşar yazılar

Hazırda bu rayonlara qar yağır - FAKTİKİ HAVA
15 aprel 2025 , 10:48
Sosial yardım ala bilməyənlər hara şikayət etməlidir? – CAVAB
15 aprel 2025 , 10:14
Aprelin ikinci yarısında zənginləşə biləcək ÜÇ BÜRC
15 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
15 aprel 2025 , 08:18
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
15 aprel 2025 , 07:29
Uşaqlar niyə evdən qaçır? – Səssiz harayın səbəbləri aydınlaşır - VİDEO
15 aprel 2025 , 06:11
Təhsilimizə vurulan xəncər yarası - Məktəb, yoxsa repetitor?
15 aprel 2025 , 04:44