
Metroda Latın Amerikası festivalı start götürdü
0
0
Bu gün “İçərişəhər” stansiyasının vestibülündə metro sərnişinlərinə ilk dəfə Latın Amerikası xalqlarının musiqi nömrələrindən ibarət konsert təşkil edilib. Bu barədə Lent.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu, həm də ölkəmizdə ilk dəfə geniş miqyasda keçirilən “Latın Amerikası Festivalı”nın açılış tədbiri idi.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçirilən bu tədbirin təşkilatçılarından biri, braziliyalı musiqiçi və prodüser Klaudiu Franku açılış mərasiminin məhz şəhərin ən kütləvi sərnişindaşıma növü metropolitendə keçirilməsini əhəmiyyətli hadisə adlandırıb. Qədim və müasirliyin vəhdəti olan paytaxtımızı çox sevən Klaudiu Franku gələcəkdə bu tədbirlərin miqyasını genişləndirəcəklərini də vurğulayıb.
Qeyd edək ki, festival iyunun 9-dək Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq və təbliğ etmək məqsədilə region ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin birgə səyi ilə keçirilir. Festival çərçivəsində canlı konsertlər, rəqslər, milli mətbəx, mədəniyyət, incəsənət və s. tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.
“Bakı Metropoliteni” QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva bu ay “İçərişəhər” stansiyasında Çilidən olan belçikalı saksafonçu Marselo Monkadanın konsertinin doğurduğu rezonans və təşkilatçıların müraciətini nəzərə alan “Bakı Metropoliteni” QSC bu festivalın açılış mərasiminin metroda keçirilməsinə şərait yaratdığını bildirib.
Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Latın Amerikası mədəniyyətinin xalqımız arasında çox geniş yayıldığı və sevildiyini nəzərə alaraq, bu konsertin təşkil olunmasını gözəl bir addım adlandırıb.
Konsert proqramına "Avroviziya-2017" müsabiqəsində "Skeletons" mahnısı ilə Azərbaycanı təmsil etmiş Diana Hacıyevanın braziliyalı musiqiçi Klaudio Franko ilə yaratdıqları "Brazilidad" qrupunun çıxışında müxtəlif musiqi nömrələri yer alıb.
Onu da əlavə edək ki, bu, festival çərçivəsində metropolitendə keçirilən yeganə tədbir olmayacaq. İyunun 5-də saat 17:00-da yenə "İçərişəhər" stansiyasının vestibülündə braziliyalı gitaraçı, müğənni, bəstəkar, musiqi prodüseri Qleyson Tulionun konserti keçiriləcək. Əfsanəvi "Bitlz" qrupunun yaradıcılığından təsirlənən musiqiçi Braziliya milli koloritini də əlavə etməklə ecazkar kompozisiyalar yaradıb. Tulio müxtəlif beynəlxalq musiqi festival və konsertlərinin iştirakçısı kimi tanınıb.
0
0
Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU
6 sentyabr 2025 , 17:27
Populyar ağrıkəsici ürəyin əsas düşmənlərindən biri adlandırıldı
6 sentyabr 2025 , 16:34
Sabah çimərlikdə hava necə olacaq? - PROQNOZ
6 sentyabr 2025 , 15:40
Açıq mayonezin təhlükəsiz istifadə müddəti
6 sentyabr 2025 , 14:28
Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar
6 sentyabr 2025 , 13:53
Güclü leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
6 sentyabr 2025 , 12:31
Bu gün üçün 3 BÜRCƏ şad xəbər
6 sentyabr 2025 , 09:09