Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə cəbhə xəttində böyük konsert proqramı keçirəcək. İdarədən Lent.az-a verilən məlumata görə, Füzuli rayonu “N” saylı hərbi hissədə baş tutacaq tədbirdə Mədəniyyət və Turizm İdarəsi tərəfindən təşkil olunan konsertdə idarənin və hərbi hissənin rəsmiləri də iştirak edəcəklər.
Konsert proqramında Bakıdan bir çox müğənni və rəqs qruplarının çıxışı gözlənilir.