
İstifadəyə yararsız külli miqdarda toyuq əti aşkarlandı
0
0
Sentyabrın 11-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Suraxanı rayonu ərazisində əməliyyat tədbirləri keçirib.
Daxili İşlər Nazilriyindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Mürsəlova məxsus quş kəsimi sahəsinə baxış zamanı sanitariya tələblərinə cavab verməyən, natəmiz vəziyyətdə saxlanılan və qida üçün yararsız, çəkisi 996 kiloqram toyuq əti aşkar edilib.
Götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Araşdırmalar aparılır.
0
0
Oxşar yazılar

Bu BÜRCLƏRİN sentyabrda varlanmaq şansı var
3 sentyabr 2025 , 00:03
DİQQƏT: Bu küçələrdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır
2 sentyabr 2025 , 21:53
"Formula 1"ə görə bu yollarda hərəkət qismən məhdudlaşdırılır
2 sentyabr 2025 , 19:37
Sentyabrın 2-dən sonra üç BÜRCÜN həyatı daha yaxşı olacaq
2 sentyabr 2025 , 18:33
İşgəncə görən yetim uşaq xəstəxanaya yerləşdirildi
2 sentyabr 2025 , 17:46
Laçın aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
2 sentyabr 2025 , 16:47