Evlərdə yemək hazırlamağın, paltar yuyub ütüləməyin qiyməti neçədir? – MƏBLƏĞ
08 yanvar 2013 10:26 (UTC +04:00)

Evlərdə yemək hazırlamağın, paltar yuyub ütüləməyin qiyməti neçədir? – MƏBLƏĞ

Nazirlər Kabineti dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli sosial xidmət haqqının məbləğini təsdiq edib.

 

Lent.az-ın verdiyi məlumata görə, bu məbləğ Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası”na 1  nömrəli əlavədə əksini tapıb:

 

 

 

 

1  nömrəli əlavə

Xidmətlər

Xidmətin müddəti

(dəqiqə ilə)

Xidmət haqqının məbləği(manatla)

Yemək hazırlanmasına kömək etmək                    (o cümlədən, dietik yeməklər), özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması

 

60

1.00

Zəruri  ərzaq, sənaye və məişət mallarının alınması

 

30

0.45

Mənzillərin yığışdırılması və təmizlənməsi (hər 10 müçün )

 

-

0.85

Yataq və  geyim əşyalarının yuyulması və ütülənməsi

 

60

1.00

Həkim müayinəsinə aparılıb-gətirilməsi

 

-

1.50

 

Nazirlər Kabineti dövlət sosial xidmət müəssisələrində və evlərdə tam ödənişli sosial xidmət haqqının məbləğini də təsdiqləyib. Bu məbləğ Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası”na 2  nömrəli əlavədə əksini tapıb:

 

2  nömrəli əlavə

 

 

Xidmətlər

Xidmətin müddəti

(dəqiqə ilə) 

Xidmət haqqının məbləği(manatla)

Şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım edilməsi (hamamda su qızdırıcı sistemi olarsa)

 

40

3.00

Şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım edilməsi (hamamda su qızdırıcı sistemi olmadıqda)

 

50

5.00

Həyətyanı sahənin nizama salınması               (hər 50 müçün )

 

25

3.00

Paltarın xırda təmiri

 

10

1.00

Yataq və  geyim əşyalarının camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və    kimyəvi təmizləmə məntəqəsi varsa) aparılıb-gətirilməsi

40

2.00

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3182
avatar

Oxşar yazılar