Dərsliklərin monitorinqi ilə bağlı işçi qrupu yaradılıb
08 yanvar 2013 10:46 (UTC +04:00)

Dərsliklərin monitorinqi ilə bağlı işçi qrupu yaradılıb

Azərbaycan dili və ədəbiyyat fənləri üzrə dərslik və dərs vəsaitlərinin (V sinif) elmi-metodiki monitorinqi ilə bağlı elmi-metodiki seminar iclası keçirilib.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, seminar iclasında Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki və Quba regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin ümumtəhsil məktəblərinin müəllimləri də iştirak edib və gündəlik məsələ ilə bağlı fikirlər bildirib, təkliflər veriblər.

İclasda Azərbaycan dili fənni üzrə ümumtəhsilin fənn standartları diqqətə çatdırılıb, dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi ilə bağlı işçi qrupu yaradılıb.

Növbəti seminar iclasında ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili fənni üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinə başlanacaq.
 

Anar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607

Oxşar yazılar