Dərsliklərin elmi-metodiki monitorinqinə başlanacaq
08 yanvar 2013 13:48 (UTC +04:00)

Dərsliklərin elmi-metodiki monitorinqinə başlanacaq

TQDK-da ingilis və alman dili fənləri üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki (I-IV siniflər) monitorinqi ilə bağlı elmi-metodiki seminar iclasları keçirilib. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

İngilis dili fənni üzrə seminar iclasında Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birgə TQDK-nın Naxçıvan, Gəncə, Şəki və Quba regional bölmələrindən internet vasitəsi ilə video-bağlantı əsasında həmin bölgələrin ümumtəhsil məktəblərinin müəllimləri də iştirak edib və gündəlik məsələ ilə bağlı fikirlər bildirib, təkliflər veriblər. 


İclaslarda xarici dil fənni üzrə ümumi təhsilin fənn standartları diqqətə catdırılıb, dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi ilə bağlı işçi qrupları yaradılıb. 

Növbəti seminar ümumi təhsil məktəblərinin 1-ci sinifləri üçün ingilis və alman dili fənləri üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinə başlanacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar