Keçmiş məhkumlar 200 manata görə tutuldular
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini E.Qənbərov oktyabrın 9-da saat 19 radələrində qəsəbə ərazisində 2 nəfərin onu aldadaraq bank hesabından 200 manatını çıxardığını bildirib.
	Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - qəsəbə sakini T.Əliyev və Ucar rayon sakini S.Hüseynov saxlanılıblar.
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0