Bu gənclər əsgərliyə aparılmır - <span style="color:red;">Səbəbini xidmət rəsmisi AÇIQLADI
06 oktyabr 2019 15:14 (UTC +04:00)

Bu gənclər əsgərliyə aparılmır - Səbəbini xidmət rəsmisi AÇIQLADI

Çəkisi normadan artıq və az olanlar da hərbi xidmətə yararsız hesab edilirlər.
 
Azərbaycan Respublikasının 18 yaşına çatmış vətəndaşları hansı çəkidə olduqları zaman əsgərliyə aparılır? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Füzuli İsmayılov Lent.az-a açıqlamasında vətəndaşı hərbi xidmətə yararsız edən çəki dərəcələrindən danışıb:
 
 
 
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olmayan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olan çağırışçılar hərbi xidmətə yararsız hesab edilirlər. Bununla yanaşı qeyd edirik ki, məsələn qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən çəkisinin indeksindən (BÇİ) istifadə olunur. Boy ölçüsü - 188 sm, bədən çəkisi – 130 kq olduğu halda bədən çəkisi indeksi (BÇİ) 35-39,9 bərabər və 18-25 yaşlı şəxslər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “ç” və “b” bəndlərinə əsasən “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları III dərəcəli alimentar piylənmə”yə aiddir. Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar “ç” bəndi ilə “6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər, lakin müalicə səmərəsiz olduqda, onlar “b” bəndi üzrə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər”.
 
Xidmət rəsmisinin verdiyi məlumata əsasən, həm bədən inkişafı çox zəif olan, həm də piylənmədən əziyyət çəkən şəxslər hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Əgər müalicə əsasında vətəndaşın problemi aradan qalxmazsa o, tam yararsız hesab edilir. Ancaq həmin şəxs müharibə və səfərbərlik dövründə məhdud yararlı olmaqla qeydiyyata alınır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 35370

Oxşar yazılar

Psixoloqların işə qəbulu imtahanı təxirə salındı

Psixoloqların işə qəbulu imtahanı təxirə salındı

1 mart 2025 , 01:37
Ramazan ayı  başladı

Ramazan ayı başladı

1 mart 2025 , 00:01
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

28 fevral 2025 , 20:34
Sabah  güclü maqnit qasırğası   olacaq - XƏBƏRDARLIQ

Sabah güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

28 fevral 2025 , 19:31
Bakıya  qar yağır   - FAKTİKİ HAVA

Bakıya qar yağır - FAKTİKİ HAVA

28 fevral 2025 , 18:42
Azərbaycanda 110 minə  təsbeh satılır

Azərbaycanda 110 minə təsbeh satılır

28 fevral 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün təhlükəli olacaq

Sabah hava meteohəssas insanlar üçün təhlükəli olacaq

28 fevral 2025 , 17:45
Daha bir gözəllik QURBANI:  botoks etdirib ölümcül xəstəlik  tapdı

Daha bir gözəllik QURBANI: botoks etdirib ölümcül xəstəlik tapdı

28 fevral 2025 , 17:17