Aşura günü 3930 nəfər qan verdi
14 noyabr 2013 16:43 (UTC +04:00)

Aşura günü 3930 nəfər qan verdi

““Aşura günü qan vermə” aksiyasına 8:00-da start verilib. Məscidlərdə aksiya davam edir. 16:00-ya olan məlumata görə, 3930 donor qan verib. Ötən ilə nisbətən aktivlik artıb. Aktivlik əsasən qətl sınandan sonra, 11:00-dan 15:00 arası oldu. 18 yaşından 65 yaşınadək hər kəs qan verə bilərdi. Onların arasından seçimi isə bizim həkimlər etdi. Qan təzyiqi və qanda hemoqlabini aşağı olanlardan qan götürülmədi. Lakin sizin kimi iddialı insan olanda, biz ona xəbərdarlıq edirik, amma mane olmuruq. Aksiyada iştirak edən həkim və tibb bacıları Mərkəzi Qan Bankının işçiləridir. Səhiyyə Nazirliyi bizə əlavə poliklinikalardan həkimlər veriblər. Bəzən qan verən donor tam sağlam olsa da, qorxudan ürəkgetmələr olur. Belə olan halda insanlara yardım etmək məqsədi ilə bu həkimlər məscidlərdə yerləşdirilib”. Bunu Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva  deyib.

 

Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının verdiyi fətvaya görə, Azərbaycanda bu gün Aşura günü kimi qeyd edilir. Fətvaya əsasən, 1435-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2013-ci il noyabrın 5-nə, Aşura günü noyabrın 14-nə təsadüf edir. Bu gün Kərbəla şəhidlərinin xatirəsinin yad edilir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməsi QMİ tərəfindən məsləhət verilir. Son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili olunur. Bununla əlaqədar Azərbaycanda 14 məsciddə qan vermə aksiya keçirilir: Təzə Pir məscidi, Hacı Soltanəli məscidi, Bibiheybət  ziyarətgah məscidi, İçərişəhər Cümə məscidi, Qaraçuxur məscidi, Mir Mövsüm ağa ziyarətgah məscidi, Keşlə qəsəbə məscidi, Cümə məscidi,Gəncə- İmamzadə ziyarətgah məscidi, Mingəçevir- Heydər məscidi,Şəki- Cümə məscidi, Lənkəran - Böyük bazar məscidi, Bərdə - Cümə məscidi və Hacı Əjdərbəy məscidi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1239

Oxşar yazılar

Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

13 iyul 2025 , 14:29