
APA TV “İlin internet televiziyası” seçildi
İl ərzində fərqlənən müxtəlif sahələrin peşəkarları ötən axşam bir araya gəlib. APA TV-nin məlumatına görə, tədbirin əvvəlində Azərbaycanın dövlət himni səslənib.
Ardınca cəbhədə baş verən təxribat nəticəsində öldürülən dinc sakinlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra mükafatlandırma mərasimi başlayıb. Zirvə Ziyalılar Təşkilatı növbəti dəfə ölkənin idman, kino və teatr, jurnalistika, səhiyyə, dizaynerlik və başqa sahələrdən olan peşəkarlarını mükafatlandırıb. Təşkilatın sədri Minayə Dəyanət mərasimin rəhbərlik etdiyi qurumun 25 illik yubileyinə təsadüf etdiyini vurğulayıb.
Ardınca müxtəlif sahələrdən olan insanlara mükafatlar təqdim olunub. Kino və teatr sahəsində xalq artistləri Firəngiz Mütəllimova, Məleykə Əsədova, aktrisa Pərvin Abıyeva, rejissor Kənan Mahmudov mükafatlandırılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov "İlin peşəkar yol polisi" seçilib.
"İlin dəbli biznesmeni" nominasiyasında Ramil Rzayev birinci olub. Aqil Məmiyev "İlin beynəlxalq moda təşkilatçısı" seçilib. Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova “İlin beynəlxalq və peşəkar modelyer-dizayneri”, Cəlal Kəngərli isə “İlin modelyer-dizayneri” nominasiyasında “Luxury Awards” mükafatına layiq görülüb.
Daha sonra müğənnilər də mükafatlandırılıb. Seçilənlər Natəvan Həbibi, Eldar Qasımov, Xəyyam Nisanov və başqaları olub.
Jurnalistika sahəsində seçilənlər də “Luxury Awards” mükafatına layiq görülüblər. "İlin ən operativ jurnalisti" nominasiyasında "Trend" İnformasiya Agentliyinin müxbiri Vüqar İmanov, "İlin seçilən jurnalisti" nominasiyasında APA TV-nin əməkdaşı Nigar Həsənli “Luxury Awards” mükafatına layiq görülüb. APA TV isə “İlin internet televiziyası” seçilib.
Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi Lent.az-dır.
Oxşar yazılar

Ağdamda işgəncə görən uşaq niyə anasına verilib?
28 avqust 2025 , 18:50
Ciddi sınaqdan keçib həyatlarını köklü dəyişdirəcək BÜRCLƏR
28 avqust 2025 , 18:43
Qaxda zorlanan 13 yaşlı qız nəzarətə götürüldü
28 avqust 2025 , 17:57
Döyülən uşaqların anası hamilə imiş
28 avqust 2025 , 17:37
Bakıda marketlərdə satılan bu sular təmiz deyilmiş - SİYAHI
28 avqust 2025 , 17:16
Beyləqanda şahmat üzrə beynəlxalq qrossmeystr Namiq Quliyevlə görüş keçirildi
28 avqust 2025 , 16:30
Təmiri baha olan avtomobillər - Onları ALMAYIN
28 avqust 2025 , 16:22