Azərbaycana bit-birəli oduncaq  göndərən iş adamı cərimələndi
28 avqust 2025 11:42 (UTC +04:00)

Azərbaycana bit-birəli oduncaq göndərən iş adamı cərimələndi

Rusiyanın Perm diyarı üzrə Rosselxoznadzor idarəsi Azərbaycana ixrac üçün nəzərdə tutulan oduncaqlarda zərərverici böcəklərə yoluxma aşkarlanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, yüklənmiş partiyanın yoxlanışı zamanı iri qara şamqabığı tapılıb. Zərərverici ilə yoluxma 100 kubmetr məhsulda qeydə alınıb.

“Prokurorluqla razılaşdırılaraq aparılan yoxlama müəssisənin istehsal proseslərinin inspeksiyasını əhatə edib. Baxış və laborator analizlərin nəticəsində müəyyən olunub ki, ağacın bir hissəsi zərərverici ilə yoluxub. Onun əsas qidalanma mənbəyi iynəyarpaqlı ağacların — küknar, şam, göyrüş və digər cinslərin qabığıdır”, — deyə qurumun rəsmi saytında bildirilir.

Məlum olub ki, şirkət yoluxmuş ağacı digər məhsullarla birlikdə saxlayıb və bu fakt barədə nəzarət orqanlarını məlumatlandırmayıb. Karagay rayon məhkəməsinin qərarına əsasən, hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunub və cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326

Oxşar yazılar