<span style="color:red;">DİM : "Qəbul imtahanlarının qiymətləri fərqli olacaq" <span style="color:red;">- VİDEO
10 fevral 2017 17:45 (UTC +04:00)

DİM: "Qəbul imtahanlarının qiymətləri fərqli olacaq" - VİDEO

Qəbul imtahanlarının qiymətləri ilə bağlı məbləğ hələ Tarif Şurası tərəfindən təsdiq edilməyib.

 

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə Lent.az-a açıqlamasında deyib  ki, müəyyən ediləcək qiymətlər bütün imtahanlar üçün eyni olmayacaq: “Bilirsiniz ki, əvvəl imtahanların keçirilməsinə, ümumiyyətlə TQDK-nın fəaliyyətinin təşkilinə dövlət büdcəsindən müəyyən bir vəsait ayrılırdı. Ancaq bu il Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs statusunda fəaliyyət göstərdiyindən DİM-in fəaliyyətinin təşkilinə dövlət büdcəsindən əlavə olaraq heç bir vəsait ayrılmayıb. Hər il imtahanların qiymətləri ilə bağlı tədqiqatlar aparılıb. Əvvəl hansı imtahana nə qədər maliyyə xərclənməsi ilə bağlı dövlətə təkliflərimizi verirdik  və bu təkliflərə uyğun olaraq dövlət büdcəsindən pul ayrılırdı. İndi isə bu pul ayrılmayacaq”.

 

İmtahanların qiymətlərinin müəyyənləşdirilməsi üçün DİM tərəfindən son 3 ilin imtahan xərcləri statistikasının araşdırıldığını deyən X.Xanlarzadə bildirib ki, bu qiymətlərin üzərində ekspertlər işləyiblər və müəyyən məbləğ artıq var: “Son 3 ildə imtahanlara nə qədər pul xərcləndiyi təhlil edilib. İmtahanın məzmunundan, logistika xərclərindən, iştirakçıların sayından  asılı olaraq imtahan xərcləri fərqli olur. Sınaq imtahanları, qabiliyyət, magistratura, rezidentura, bakalavriat, dövlət qulluğuna qəbul və digər imtahanlar  fərqli qiymətə başa gəldiyindən bunların hamısının qiymətləri fərqli olacaq. Amma  son 3 il statistikasını götürsək və hazırda bazarda olan mövcud iqtisadi vəziyyəti nəzərə alsaq, qiymətlər artıq  dəyişilib. İndiyə qədər bakalavriat pilləsində ali təhsil müəssisəsinə qəbul imtahanlarının keçirilməsi hər bir abituriyent üzrə 25 manata başa gəlirdi. Ancaq hər bir imtahanın məzmunu fərqli olur. Məsələn,  magistratura imtahanlarının keçirilməsinə daha çox vəsait sərf  olunur. Çünki bu imtahanların məzmunu da fərqlidir, iştirakçılarının sayı da azdır”.

 

X.Xanlarzadə deyib ki, ali məktəblərə qəbul qaydaları artıq yeni təsdiqlənib və imtahan qiymətləri ilə bağlı DİM Tarif Şurasına təkliflə müraciət edəcək: “Hələlik qiymətlər təsdiq olunmayıb. Qaydalar yeni təsdiq olunduğu üçün Tarif Şurasına  indi müraciət edə bilərik. Hazırda işçi qrup səviyyəsində müəyyən işlər aparılır, yaxın vaxtlarda Tarif Şurasına müraciət olunacaq və  qiymətlərə baxılacaq. Əhaliyə müraciət edirəm ki, əvvəlcədən səsləndirilmiş hər hansı  bir  məbləğə inanmasınlar. Qiymətlər rəsmi olaraq Tarif Şurası tərəfindən elan olunacaq”.

 

İmtahan qiymətlərində sosial müdafiəsi zəif ( məcburi köçkün, şəhid ailəsi və.s) olan abituriyentlər üçün müəyyən güzəştlərin olub-olmayacağı məsələsinə toxunan qurum nümayəndəsi bildirib ki, bu, dövlət tərəfindən müəyyənləşdirilməlidir: “ İmtahanda hər bir iştirakçı üçün müəyyən məbləğ xərclənir . Əgər hökumət həmin müəyyən sosial qrup üçün güzəştlər müəyyən edərsə, həmin güzəştlərə uyğun onların  imtahan xərclərini DİM-ə ödəyərsə, DİM bu məsələyə  müsbət yanaaır. Belə hal olarsa, güzəştin tətbiqini müsbət qəbul edərək icra edəcəyik”. 

 

 

***

16:22

 

Qəbul imtahanlarının iki dəfə keçirilməsi zərurəti nədən yarandı? Qəbulda daha hansı dəyişikliklər gözlənilir? İmtahanların keçirilməsi üçün ilkin olaraq nə qədər qiymət təklif edilib? İmtahanlar ödənişli olduqdan sonra şəhid ailələri, məcburi köçkünlərə güzəştlər olacaqmı? Buraxılış və qəbul imtahanlarının tarixləri nə zaman müəyyənləşək? Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə Lent.az-ın canlı yayımında sualları cavablandırır.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar

Beyləqan sakinləri avtobus üzünə həsrət qalıblar -VİDEO

Beyləqan sakinləri avtobus üzünə həsrət qalıblar -VİDEO

4 iyun 2025 , 20:28
Keçmiş prezident  parkda bələdçi   işləyir

Keçmiş prezident parkda bələdçi işləyir

4 iyun 2025 , 19:20
Pensiyaçılara ŞAD XƏBƏR:  Pullar vaxtından əvvəl ödəniləcək

Pensiyaçılara ŞAD XƏBƏR: Pullar vaxtından əvvəl ödəniləcək

4 iyun 2025 , 17:57
Xanlar Vəliyev metroda - FOTO

Xanlar Vəliyev metroda - FOTO

4 iyun 2025 , 17:42
6 prokuror HAKİM OLDU

6 prokuror HAKİM OLDU

4 iyun 2025 , 17:40
Leysan, sulu qar, dolu  - Hava XƏBƏRDARLIĞI

Leysan, sulu qar, dolu - Hava XƏBƏRDARLIĞI

4 iyun 2025 , 16:58
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

4 iyun 2025 , 16:44
Bu ayın sonu da 4 gün iş olmayacaq

Bu ayın sonu da 4 gün iş olmayacaq

4 iyun 2025 , 15:01