Hindistanda beş yaşlı uşağa bəbir hücum edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, faciəli hadisə Maharaştra ştatının Dindori Şivar qəsəbəsindəki fermada baş verib.
Fermada qəfil vəhşi heyvan peyda olub və babasının yanında uşağa hücum edib. Bəbir qocanın gözləri qarşısında uşağı təxminən 300 metr sürüyüb.
Baba uca qışqırıqlarla yırtıcı heyvanı qovmağa müvəffəq olsa da, nəvəsi qan itkisindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qeyd olunur ki, bu, son bir ayda rayonda bəbir hücumu ilə ölümlə bağlı ikinci hadisədir. Belə ki, aprelin 25-də yaxınlıqdakı kəndlərdən birində yırtıcı iyirmi yaşlı qızı parçalayıb.
Səlahiyyətlilər dərhal faciə yerindən 400 metr aralıda üç tələ, həmçinin dörd müşahidə kamerası quraşdırıblar. Bazar ertəsi səhər saatlarında azyaşlıya hücum etdiyi güman olunan üç yaşlı erkək bəbir tutulub.