"Bakcell" tariflərində dəyişiklik  etdi
04 iyun 2025 18:09 (UTC +04:00)

"Bakcell" tariflərində dəyişiklik etdi

“Bakcell” şirkəti tərəfindən göstərilən xidmətlərin istifadə imkanlarını genişləndirmək məqsədilə öncədən ödənişli tariflər üzrə bir sıra yeniliklər tətbiq olunacaq.

Lent.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Yeni qaydalara əsasən, iyulun 4-dən etibarən abunəçilər nömrənin açıq qalma müddətini yalnız balans artırmaqla deyil, həm də tarifin abunə haqqını ödəməklə uzada biləcəklər. Bu o deməkdir ki, abunə haqqı ödənildikdə, nömrə tarifin istifadə müddəti ərzində ikitərəfli açıq qalacaq. Nümunə üçün abunəçi xəttin 30 gün açıq qalmasını istəyirsə, sadəcə ona uyğun tariflərdən birini seçib abunə haqqını ödəməsi kifayətdir.

Nömrənin istifadə müddəti ilə bağlı şərtlər dəyişməz olaraq qalır

  • İyuun 23-dən etibarən “Günboyu 0”, “YeniDoğma”, “ƏlaSAAT”, “İLK”, “CİN 1”, “SevimliCİN”, “DoğmaCİN” və “GəlirliCİN” tariflərinin 30 günlük abunə haqqı 3.99 manat təşkil edəcək. Bu abunə haqqına uyğun olaraq abunəçilərə bütün istiqamətlər üzrə 40 dəqiqə ölkədaxili danışıq və 400 MB internet təqdim olunacaq.

Bu tariflər üzrə hazırda tətbiq olunan gündəlik, həftəlik və aylıq abunə haqqları dayandırılacaq

 

  • Tarifin abunə haqqının ödənilməsi üçün balansda kifayət qədər məbləğ olmadıqda, ödəniş məbləğindən asılı olaraq nömrənin xətti 100 günədək aktiv qalır. Mövcüd tariflər üzrə nömrənin aktiv saxlaması müddətləri ilə bağlı məlumatı növbəti linkdən əldə edə bilərsiniz:https://www.bakcell.com/active-period-of-the-number-based-on-the-tariffs
  • İyulu 25-dən etibarən aşağıdakı internet paketlərin şərtlərində dəyişikliklər qüvvəyə minəcək. Bu dəyişikliklər yeni internet paketi qoşulmalarına və keçid etmək istəyən abunəçilərə şamil olunacaq:

- Artıq abunəçilər saatlıq internet paketlərini günün istənilən vaxtında, limitsiz sayda əldə edə biləcəklər.

- Saatlıq internet paketləri:

İnternet Paketlərinin adı və həcmi Qiymət (ƏDV daxil, AZN) İstifadə müddəti
1 saatlıq (limitsiz) 0.99 1 saat
3 saatlıq (limitsiz) 1.99 3 saat

- İri həcmli internet paketləri:

İnternet Paketlərinin adı və həcmi Qiymət (ƏDV daxil, AZN) İstifadə müddəti
3 GB 8.99 28 gün
6 GB 11.99 28 gün
13 GB 18.99 28 gün
31 GB 28.99 28 gün
56 GB 38.99 28 gün

- Günlük və həftəlik internet paketləri:

İnternet Paketlərinin adı və həcmi Qiymət (ƏDV daxil, AZN) İstifadə müddəti
0.35 GB 0.99 1 gün
1.5 GB 1.99 1 gün
2 GB 3.99 7 gün

- Bu paketlərin mövcud abunəçiləri qeyd olunan tarixə qədər indiki şərtlərlə istifadə etməyə davam edəcəklər. Dəyişikliklər, göstərilən tarixdən sonra növbəti yeniləmə zamanı avtomatik şəkildə tətbiq olunacaq.

- Eyni zamanda, iyulun 25-dən etibarən “Günlük 1 GB”, “Həftəlik 1 GB” və “1,5 GB” paketlərinə yeni qoşulmalar dayandırılacaq.

- Qeyd olunan tarixdən etibarən bütün iri həcmli internet paketlərinin istifadə müddəti 28 gün təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4840

Oxşar yazılar