"Real"ın 22 yaşlı futbolçusu Raul Asensio azyaşlı ilə intim videonu yaydığına görə həbs oluna bilər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, prokurorluq oyunçunu yaymaqla yanaşı, uşaq pornoqrafiyasına sahib olmaqda, həmçinin şəxsi həyatın toxunulmazlığı haqqında qanunu pozmaqda ittiham edir.
İspaniya mətbuatı futbolçulardan birinin 16 yaşlı qızla könüllü cinsi əlaqədə olduğu videonu lentə aldığını, daha sonra isə onun razılığı olmadan videonu digər oyunçulara göndərdiyini bildirib.
Zərərçəkən tərəf israr edir ki, Asensio təqsirli təsdiqlənərsə, 4 il həbs cəzası almalıdır.