Oğuzda bəy toy günü maşını aşırdı
04 iyun 2025 14:46 (UTC +04:00)

Oğuzda bəy toy günü maşını aşırdı

Oğuzda yol qəzası olub.

Lent.az-ın xəbərinə görə, hadisə Sincan-Xaçmaz avtomobil yolunda qeydə alınıb. 

24 yaşlı Emin Feyzullayevin "Hyundai” markalı avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildəki iki sərnişin xəsarət alaraq, rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Orada onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Məlumata görə, qəzada yaralanan sürücü Emin Feyzullayevin Xaçmaz kəndində bu gün qız toyudur. Qeyd olunur ki, sürücü xəstəxanadan buraxılandan sonra toyda iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902

Oxşar yazılar