Akademik Bəkir Nəbiyevin xatirəsi əbədiləşdiriləcək
04 aprel 2013 18:59 (UTC +04:00)

Akademik Bəkir Nəbiyevin xatirəsi əbədiləşdiriləcək

Azərbaycan prezidenti İlham Əliyev  Bəkir Əhməd oğlu Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş şəhərində küçələrdən birinə Bəkir Nəbiyevin adının verilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Ağdaş şəhərinin ümumtəhsil müəssisələrindən birinə Bəkir Nəbiyevin adının verilməsini və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

 

# 493
avatar

Oxşar yazılar