Azərbaycanın  tanınmış jurnalisti   vəfat etdi
29 aprel 2024 14:31 (UTC +04:00)

Azərbaycanın tanınmış jurnalisti vəfat etdi

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib.

Lent.az-ın xəbərinə görə, Azərbaycanın əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib.

Vasif Səmədov1950-ci il yanvarın 22-də Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra, Ukraynada əsgərlik keçirib.

O, “Azərbaycan pioneri”, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, “Azərbaycan gəncləri”, “Kommunist”, “İzvestiya”, “Possiyski fermer”, “Oqonyok” və “Literaturnaya qazeta” kimi məşhur mətbuat orqanlarında çalışıb. Vasif Səmədov “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi, Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri olub. O, “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və baş direktoru olub.

Yazıçı-publisistin həmmüəllif olduğu “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyi araşdırmalar, aparılan tədqiqatlar nəticəsində ərsəyə gələn mühüm mənbədir.

Vasif Səmədovun adı Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabına daxil edilib.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4983
avatar

Oxşar yazılar

Sabah iki rayon susuz qalacaq

Sabah iki rayon susuz qalacaq

17 iyun 2024 , 15:28
Leysan yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

17 iyun 2024 , 14:56
Sabah 39 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 39 dərəcə isti olacaq - PROQNOZ

17 iyun 2024 , 12:47
Tanınmış jurnalist VƏFAT ETDİ  - YENİLƏNİB

Tanınmış jurnalist VƏFAT ETDİ - YENİLƏNİB

17 iyun 2024 , 09:41
XƏBƏRDARLIQ:  Sabahın havası bu insanlara pis təsir edəcək

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək

16 iyun 2024 , 12:30
Çimərliklərdə hava necə olacaq?

Çimərliklərdə hava necə olacaq?

16 iyun 2024 , 12:24
Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

16 iyun 2024 , 12:11
32 ildən sonra ilk dəfə Şuşa sakinləri BAYRAM ETDİLƏR  -FOTOLENT

32 ildən sonra ilk dəfə Şuşa sakinləri BAYRAM ETDİLƏR -FOTOLENT

16 iyun 2024 , 11:12