AHİK sədri: “65 yaşdan yuxarı əhalinin xüsusi çəkisi artıb”
13 iyun 2013 15:37 (UTC +04:00)

AHİK sədri: “65 yaşdan yuxarı əhalinin xüsusi çəkisi artıb”

 “Əgər 20 il əvvəl bizim dövlətimizin əhalisini nisbətən gənc adlandırmaq mümkün idisə, indi “yaşlanan” hesab oluna bilər. Lent.az-ın məlumatına görə, bunu İsveçrənin Cenevrə şəhərində  Beynəlxalq Əmək Təşkilatının sessiyasında çıxışı zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirib.

 

Onun sözlərinə görə, bu müddət ərzində 65 yaş və ondan yuxarı insanların xüsusi çəkisi 4,8 faizdən 5,8 faizədək artıb: “Əhalinin 15 yaşadək çəkisi 33,1 faizdən 22,3 faizə enib. Uzunömürlülük isə dayanmadan yüksələrək hazırda 74 yaş həddinə yaxınlaşır”.

AHİK sədri onu da vurğulayıb ki, əhalinin yaşlanması təbii proses olaraq qaçılmazdır və dönməzdir. Lakin müvafiq tədbirlər vaxtında işlənib hazırlansa və həyata keçirilsə, bu prosesin neqativ nəticələrindən qaçmaq olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601

Oxşar yazılar