(R) Bakıda Hayat Clinic  adlı  yeni tibb mərkəzi açıldı
11 fevral 2015 12:01 (UTC +04:00)

(R) Bakıda Hayat Clinic adlı yeni tibb mərkəzi açıldı

10 fevral Bakıda Azərbaycanın səhiyyə sektorunda əlamətdar olan hadisə - HAYAT CLİNİC tibb mərkəzinin rəsmi təqdimat mərasimi keçirildi.  Bunula əlaqədar təntənəli tədbir səhiyyə sektorunun, iş dünyasının, KİV nümayəndələrinin iştirakı ilə Four Seasons otelində keçirilmişdir.  

Mərasimdə Türkiyə səhiyyə sektorunun lideri olan Acıbadem sağlamlıq qrupunun mütəxəssisləri  fəxri qonaqlar qismində  çıxış etdilər.  Tədbirin gedişatı zamanı HAYAT CLİNİC tibb mərkəzinin  nümayəndələri klinika haqqında məlumat verərək bildiridilər ki, klinika  Türkiyənin aparıcı tibb mərkəzi Acıbademlə sıx əməkdaşlıq çərçivəsində fəaliyyətini gerçəkləşdirir.

HAYAT CLİNİC tibb mərkəzinin əsas fəaliyyət istiqamətini  Check up müayinə, radiologiya həmçinin fizioterapiya və reabilitasiya təşkil edir. Mərkəzdə  Qinekologiya, Qastroenterologiya, Kardiologiya, Nevrologiya, Otolarinqologiya, Ortopediya, Endokrinoloqiya, Urologiya kabinetləri də fəaliyyət göstərir.  Xəstəliklərin profilaktik müayinəsi və diqanostikası üçün klinikada geniş spektrli paket təklif olunur.  Korporativ müştərilər və müntəzəm olaraq tibbi müayinədən keçməsi lazım olan idmançılar üçün HAYAT CLİNİC xüsusi paketlər təklif edir. Acıbadem sağlamlıq qrupu ilə əməkdaşlıq radioloji müayinələrin ikiqat yoxlanılmasını təmin edir ki, bu da klinika tərəfindən qoyulan diaqnozların dəqiqliyinə zəmanət verir. Klinikanın radiologiya bölməsi General Electric şirkətinin istrehsalı olan yeni nəsil  avadanlıqlarla təchiz edilib.Məsələn, klinikada istifadə olunan Maqnit rezonans tomoqraf cihazında Optima Slient Scan - texnologiyada inqilabi yenilik sayılan səssiz skan təbiq olunur.  Qeyd edək ki, hal hazırda bu aparat Qafqazda və Orta Asiyada yeganədir. HAYAT CLİNİC tibb mərkəzi maqnit-rezonans və kompüter tomoqrafiyalarını, mammoqrafiya, rentgenoskopiya və rentgenoqrafiya, densitometriya, həmçinin ultrasəs müayinəsini həyata keçirir. Klinikanın laboratoriyası isə Beynalxalq sertifikatlar almış yeni nəsil avadanlıqlarla  təchiz olunmuşdur. Bütün bunlar, klinikada çalışan,  öz işinin peşəkarları ilə birlikdə ən dəqiq diaqnozları qoymağa imkan verir.  Fizioterapiya və rebilitasiya bölməsinin zalları və kabinetləri rahatlıq və avadanlıqların təchizatı baxımından Avropanın aparıcı reabilitasiya mərkəzlərindən heç də geri qalmır. HAYAT CLINIC Tibb Mərkəzinin Reabilitasiya prosedurları spektri kifayət qədər genişdir.  Təcrübəli mütəxəssislər nəinki böyüklər üçün hətta uşaqlar üçün də reabilitasiyanın lazımi metdolarını seçə bilər.

HAYAT CLİNİC tibb mərkəzinin açılışının aktuallığı və əhəmiyyəti  çoxşaxəli tibbi və diaqnostik xidmətlər,  peşəkar müalicə və yüksək səviyyəli xidmət təklif edən tibb məntəqələrinin yaranmısını tələb edən  yerli səhiyyə sisteminin daimi inkişafına əsaslanır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230

Oxşar yazılar