“Şagird-məzun elektron məlumat bazası”
14 dekabr 2012 18:20 (UTC +04:00)

“Şagird-məzun elektron məlumat bazası”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) “Şagird-məzun elektron məlumat bazası”nın formalaşdırılmasına həsr olunmuş seminar-məşğələ keçirilib. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. TQDK-nın müvafiq şöbələrinin mütəxəssisləri tərəfindən aparılan seminarda Təhsil Nazirliyinin tabeliyində olan lisey və gimnaziyaların, peşə liseylərinin və internat tipli məktəblərin əlaqələndirici şəxsləri iştirak ediblər.

 

Seminarda iştirakçılara yeni sistemin texniki xarakteristikası, strukturu, iş prinsipi, eləcə də orta ümumtəhsil müəssisələrinin buraxılış sinfində təhsil alan bütün şagirdlər barədə zəruri məlumatların sistemə daxil edilməsi ilə bağlı təlimat qaydaları izah edilib.

 

Qeyd edək ki, seminar-məşğələlər nəzərdə tutulmuş qrafik üzrə davam etdiriləcək.

 

# 1493
avatar

Oxşar yazılar