Müharibə əlilləri təqaüd üçün hansı qurumlara müraciət etməlidir? - CAVAB
08 aprel 2024 16:33 (UTC +04:00)

Müharibə əlilləri təqaüd üçün hansı qurumlara müraciət etməlidir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu müharibə əlillərinə təqaüdün verilməsi ilə bağlıdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər təqaüdün alınması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Lent.az xəbər verir ki, hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir.

Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə əlilliyi müəyyən edilmiş şəxs xidməti həyata keçirən struktur bölmələr - DOST mərkəzləri və Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələrinə müraciət edə bilər.

Xidmət üzrə daxil olan müraciətlərin formaları:

-şəxsən;

-nümayəndə vasitəsi ilə etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.

# 2178
avatar

Fidan İlqar

Oxşar yazılar