Xankəndi-Laçın yolu - ETİRAZLARIN 17-Cİ GÜNÜ 
28 dekabr 2022 08:21 (UTC +04:00)

Xankəndi-Laçın yolu - ETİRAZLARIN 17-Cİ GÜNÜ 

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.

Lent.az APA-ya istinadla xəbər verir ki, aksiya iştirakçıları17-ci gündür etirazlarını davam etdirirlər. Müxtəlif şüarlar səsləndirən aksiyaçılar hər günü Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayıblar. Daha sonra aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirərək davam ediblər.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

# 1914
avatar

Oxşar yazılar