Videosu yayılan uşağın kimliyi bilindi – “Qapalı yerdə qalmır”
05 may 2023 11:02 (UTC +04:00)

Videosu yayılan uşağın kimliyi bilindi – “Qapalı yerdə qalmır”

Son günlər sosial şəbəkələrdə azyaşlı oğlan uşağının ürəkağrıdan videogörüntüsü yayılıb. Belə ki, yayılmış videodan göründüyü qədəri ilə, azyaşlının narkotik təsiri altında olduğu ehtimal edilir.  

Məsələ ilə bağlı Lent.az-a danışan Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə həmin azyaşlının “Roman” qaraçı qrupundan olduğunu deyib:

“Narkotik aludəçisi olan yeniyetmədir. Təxminən oğlan uşağının 12-13 yaşı var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də, Daxili İşlər Nazirliyi də, Sosial Xidmətlər Agentliyindən də uşağın sığınacağa yerləşdirilib, müalicə alması istiqamətində dəfələrlə işlər aparıb. “Roman” qrupundan olan qaraçıdır. 

Məsələ odur ki, uşağın həm sağlamlığında, həm də əqlində problem var. Zamanında toksik maddələrdən, daha sonra patıdan istifadə edərək, öz həyatını puç edib. Qapalı yerdə qalmır, müalicə almaq istəmir. Qaraciyərində də problem var. Yevlaxdandılar, amma ailəsi Bakıda yaşayır. Dövlət qurumları əlindən gələni ediblər.

Təəssüf ki, səhiyyə müəssisəsindən müəyyən müddət sonra çıxarılacaq. Bu gün belə uşaqların uzunmüddətli yerləşdirilməsi və narkotik vasitəsindən qurtulması üçün davamlı bir mərkəz yoxdur. 

Bu uşağın anası hər dəfə gəlib dava salır və ona görə də uşaq səhiyyə müəssisəsindən çıxarıb anasına təhvil verilir. Çünki bir zamanlar bu uşaq onlar üçün pul mənbəyi olub”.

# 4428
avatar

Fidan İlqar

Oxşar yazılar