İlyas İsmayılov
09 yanvar 2025 16:45 (UTC +04:00)

İlyas İsmayılov

Vəziyyəti ağır-stabildir - İlyas İsmayılovun SON DURUMU

"İlyas İsmayılovun vəziyyəti ağır-stabildir".

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında İlyas İsmayılovun yaxınları deyib.

Qeyd edilib ki, bir müddət əvvəl Türkiyədə müayinə edilən İlyas İsmayılov Bakıya qayıtdıqdan sonra burada müalicə edilib. Lakin sonradan səhhətində ağırlmaşalar baş verib.

Bir müddət əvvəl insult keçirən İlyas İsmayılov koma vəziyyətində Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda palataya köçürülüb.

Qeyd edək ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365
avatar

Oxşar yazılar