Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində Şüvəlan qəsəbəsi ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Hikmət Aslanov və həmin ünvanda narkotik vasitələr qəbul edən daha 12 nəfər saxlanılıb.
Həmin məkana baxış zamanı müxtəlif növ narkotik maddə, psixotrop maddə və onların prekursorları aşkarlanaraq götürülüb.
Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.