"Barselona"nın əsas qapıçısı  yatıb qaldı:   Baş məşqçi  cəzalandırdı
09 yanvar 2025 17:31 (UTC +04:00)

"Barselona"nın əsas qapıçısı yatıb qaldı: Baş məşqçi cəzalandırdı

"Barselona"nın ehtiyat qapıçısı Voyçex Şesni İspaniya Superkubokunun ilk yarımfinalında "Atletik"lə oyunda start heyətində yer alıb. 

Lent.az xarici mətbuata istinadla xəbər verir ki, polşalı məşqə gecikdiyi üçün cəzalandırılan bir nömrəli İnyaki Penanı əvəzləyib.

Bildirilir ki, əsas qapıçının ehtiyat oyunçu ilə əvəzlənməsi qərarını Kataloniya komandasının baş məşqçisi Hans-Diter Flik verib.

Alman mütəxəssis “Barselona”nın bir nömrəli futbolçusu İnyaki Penanı da komandanın səhər məşqinə gecikdiyi üçün eyni şəkildə cəzalandırıb.

Məşqçi ilə 25 yaşlı qapıçının üzbəüz söhbəti zamanı sonuncu bildirib ki, qrafikdə səhv edib və yuxuya gedib. Amma bu arqumentlər heç bir rol oynamayıb və sərt Flik ispan qapıçını “Atletik”ə qarşı “Barselona”nın start heyətinə daxil etməyib.

Penanı əvəzləyən polşalı qapıçı Voyçex Şesni yaxşı oynayaraq, ikinci oyunda qapısından top buraxmayıb.

O, daha əvvəl İspaniya Kubokunda “Barbastro” ilə debütdə (4:0) də qapısına qol vurulmasına imkan verməmişdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Oxşar yazılar