Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
09 yanvar 2025 17:03 (UTC +04:00)

Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI

“TikTok” əməliyyatında həbs edilən "Xan" ləqəbli tiktoker Əsgər Əlizadə ev dustaqlığına buraxılmayıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb.

Tiktokerin vəkili Yusif Seyfəlov bildirib ki, Nərimanov rayon məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs-qətimkan tədbirindən narazıdır. 

Daha sonra məhkəmə yekun qərarı elan edib.

Qərara əsasən, "Xan" ləqəbli tiktokerin şikayəti təmin edilməyib və Nərimanov rayon məhkəməsinin onun barəsində çıxardığı qərarı qüvvədə saxlayıb. 

Xatırladaq ki, "Xan" ləqəbli Tiktoker Əsgər Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif  cinayətətlərdə təqsirləndirilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Orxan Rasifoğlu

Oxşar yazılar