Naxçıvan şəhəri susuz qaldı
09 yanvar 2025 22:58 (UTC +04:00)

Naxçıvan şəhəri susuz qaldı

Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsindən keçen diametri 355 millimetr olan əsas magistral xəttində qəza baş verib.

Lent.az xəbər verir ki, qəzaya səbəbinin boru xəttinin uzun müddət istismar edilməsi olduğu ehtimal olunur.

Borunun partlaması nəticəsində şəhərin əksər ərazilarinə suyun verilişi dayandırılıb.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 984
avatar

Oxşar yazılar