Fironları müalicə edən “həkim-sehrbaz”ın  məzarı tapıldı
09 yanvar 2025 13:22 (UTC +04:00)

Fironları müalicə edən “həkim-sehrbaz”ın məzarı tapıldı

Misirdə arxeoloqlar təxminən 4000 il əvvəl fironları müalicə edən sehrbaz həkimin qalıqlarını aşkar ediblər. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu kəşf barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb. 

Qədim Saqqara əyalətində aşkar edilən məzar oymaqlar və rəngarəng dizaynlarla, o cümlədən gözəl rənglənmiş saxta qapı və dəfn mərasimləri səhnələri ilə bəzədilib.

Türbənin üzərindəki oymaları araşdıran arxeoloqlar belə qənaətə gəliblər ki, o, təxminən eramızdan əvvəl 2305-2118-ci illər arasında Altıncı sülalə kralı II Pepenin dövründə yaşamış həkim Teti Neb Fuya məxsusdur.

Yazılara görə, Teti Neb Fu məşhur idi və "sarayın baş həkimi" və Serket ilahəsinin "kahin və sehrbaz"I kimi bir çox titullara sahib idi. Neb Fu həm də kralın diş həkimi və "bitki dərmanlarının rəhbəri" kimi xidmət göstərirdi.

O, çox güman ki, əqrəb və ya ilan sancmalarının müalicəsində də mütəxəssis idi, çünki Serketin qurbanlarını zəhərli dişləmələrdən qoruduğuna inanılırdı.

Arxeoloqların fikrincə, Neb Funun zərif şəkildə dəfn edilməsi qədim Misir krallığının həm təbabətə, həm də sehrə hörmətlə yanaşdığını göstərir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020
avatar

Ləman Sərraf

Oxşar yazılar