Makronun acizanə xahişi... - Böyük Manipulyator
09 yanvar 2025 17:58 (UTC +04:00)

Makronun acizanə xahişi... - Böyük Manipulyator

Əvvəlki yazı

Böyük Manipulyator

7-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

ÇAĞIRILMAYAN YERİ DAR EDƏN QONAQ HƏYASIZLIQ EDİR...

Ancaq bu təcrübəli adamlar Fransız səfirliyində baş verəcək bir gözlənilməz görüşün qarşısını ala bilmirlər. Qonaqlığın qızğın çağında Emmanuel Makron V Respublikanın ən məşhur personajlardan biri olan Aleksandr Djuri ilə üz-üzə gəlir. Beynəlxalq müqavilələrin imzalanmasında (silah satışı, təyyarələr) həmişə yaxından iştirak edən, xüsusilə Dominik dö Villpənt və Nikola Sarkozi ilə çox yaxın olan, indi də Makronla yaxınlıq etməyə can atan bu iş adamının cibində rəsmi dəvətnamə də var. Ancaq Le Canardenchaîné qəzeti bir müddətdən sonra aşkara çıxaracaq ki, dəvətnamədə onun familiyası səhv yazılıb. “Fransa Respublikasının Prezidenti Emmanuel Makron cənab Aleksandr Djuridən acizanə surətdə xahiş edir ki, onun Əlcəzairə səfəri münasibətilə təşkil edilən qəbulda iştirak etsin”.

Otuz ildən bəri ancaq başqalarının kölgəsində hərlənən bu iş adamı dövlətin bütün sirlərindən yaxşı xəbərdardır. O, indiyə qədər bütün prezidentlərlə – istər sağçı olsun, istərsə də solçu – dil tapa bilib. Amma tədqiqat aparan jurnalist Pier Peanın yazdığı kimi, Aleksandr Djuri Sarkozinin dövründə V Respublikanın ən vacib fiqurlarından birinə çevrildi.... Ancaq Holland prezident seçiləndən sonra isə Aleksandr Djurinin siyasi həyatında çətinliklər başladı. Hamının “Müsyö Aleksandr” çağırdığı bu adam əvvəllər banditizmlə məşğul olub, sonra isə, daha doğrusu 1980-ci illərin sonundan, bandit karyerasını Fransa-Afrika şəbəkələrində, xüsusən də Elf kimi məşhur neft şirkətinin yüksək vəzifəli şəxsləri Andre Tarallo və Alfred Sirven ilə davam etdirdi. Bu minvalla hakimiyyətin dəhlizlərinə ayaq basan bu adam Jak Şirakın keçmiş kabinet direktoru, Kooperasiya naziri olan Mişel Russanın da köməyindən xeyli istifadə edib. 21 Dövlətin yüksək vəzifəli məmurlarından biri etiraf edir ki: “Aleksandr Djuri son dərəcə güclü, arxalı, həm Fransada, həm də xaricdə nüfuzlu çevrəsi olan bir adamdır. Əlcəzairdə onun ən yaxın dostu 2010-cu ildə vəfat edən general Larbi Belkheir idi. Mərhum general onun üçün çox qapılar açmışdı. Amma onun çevrəsinin döyünən ürəyi Afrikada – Cibuti ölkəsidir. Məhz bu ölkədə Aleksandr Djuri 2002-ci ildə bankir Vahib Nacerlə tanış olur və qaynı vəkil Mohamed Arefin sayəsində bir sıra böyük miqyaslı maliyyə planları həyata keçirir. Nacer Fransa ilə Səudiyyə Ərəbistanı arasında bağlanan məşhur “Savari II” silah müqaviləsinin həyata keçməsində əsas rol oynayan personajlardan biridir. Ancaq məsələ burasındadır ki, 60 yaşında olan Aleksandr Djuri 2017-ci ilin iyun ayından beynəlxalq axtarışdadır – iki Fransız prokuroru Serj Turner və Od Büresi onun həbsinə qərar veriblər. Aleksandr Djuri 2007-ci ildə Liviya tərəfindən Sarkozinin prezident kampaniyasının maliyyələşdirilməsində ittiham olunur. Əslən Kabil olan, cibində Fransız və Əlcəzair pasportları gəzdirən bu adamın bir tərəfi də Qabonludur. Qətər, Cibuti, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, İsveçrə və təbii ki, Əlcəzair kimi ölkələr arasında işgüzar səfərlər edən Aleksandr Djuri, hələ ki, Fransaya qayıtmaqdan çəkinir.

Bu axşam Fransanın Əlcəzairdəki səfirliyindəki bu rəsmi qəbulda Aleksandr Djurinin iştirakı nədənsə heç kimi təəccübləndirmir. Bir ilə yaxındır Fransa mətbuatı ölkədə car çəkir ki, 2016-cı ilin sentyabrından Liviyanın Sarkozinin seçki kompaniyasını maliyyələşdirməsi kontekstində ittiham edilən bu adam, Fransız ədalət məhkəməsinin çağırışını qulaqardına vurub ölkəyə qayıtmır. 2016-ci ilin noyabrında Le Monde qəzeti onun haqqında iki səhifəlik məqalə çap edir. Elə həmin ay, 2016- cı ilin noyabrında Dominikdö Villpənt “France2” telekanalındakı bir verilişdə ötkəm bir səslə etiraf edir ki, Aleksandr Djuri onun dostu olub və dostu olaraq da qalır. “Mənim onunla çox yaxın münasibətlərim var. Bilirəm ki, onun vəziyyəti çox yaxşıdır. Onunla belə maraqlanmağınız mənim üçün xoşdur. Bir adamla dostluq etmək o demək deyil ki, onunla 22 biznes qurursan...” Onun bu sözlərindən sonra studiyada gərginlik hiss olunur.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128
avatar

Oxşar yazılar

Prezident protokolu pozub əylənməyə getdi - Böyük Manipulyator

Prezident protokolu pozub əylənməyə getdi - Böyük Manipulyator

6 yanvar 2025 , 16:10
Prezidenti qəzəbləndirən sual: “Nə mənim beynimi xarab eliyirsiz?”

Prezidenti qəzəbləndirən sual: “Nə mənim beynimi xarab eliyirsiz?”

23 dekabr 2024 , 17:10
Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a  necə düşdü?

Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü?

20 dekabr 2024 , 17:10
“Onun üzündə şeytan təbəssümü var” - Böyük Manipulyator

“Onun üzündə şeytan təbəssümü var” - Böyük Manipulyator

18 dekabr 2024 , 15:00
“Prezidenti qorumaq üçün çox vaxt yalan danışıram” - Böyük Manipulyator

“Prezidenti qorumaq üçün çox vaxt yalan danışıram” - Böyük Manipulyator

16 dekabr 2024 , 11:13
“Prezidentin ətrafı həmişə zəhərli olur” - Böyük Manipulyator

“Prezidentin ətrafı həmişə zəhərli olur” - Böyük Manipulyator

13 dekabr 2024 , 10:40