Şabranda uşaqlara verilən yemək
27 may 2022 18:15 (UTC +04:00)

Şabranda uşaqlara verilən yemək

Uşaqlara keyfiyyətsiz yemək verən bağça müdirlərini hansı cəza GÖZLƏYİR?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu uşaq bağçalarında verilən keyfiyyətsiz yeməklərə görə, rəhbər şəxslərin cəzalandırılması ilə əlaqədardır.

Tanınmış təhsil eksperti Kamran Əsədov mayın 26-da sosial şəbəkədə Şabran rayon 1 saylı uşaq bağçasında baş verən rəzilliklə bağlı foto paylaşıb. Fotoda uşaqlara verilən keyfiyyətsiz yeməklər əks olunub. Paylaşım sosial şəbəkələrdə izləyicilərin kəskin qınağına səbəb olub və Təhsil Nazirliyi də işə qarışaraq, araşdırmalara başlanıldığını bildirib.

Görəsən, qanunvericiliyə görə körpələr evində uşaqlara keyfiyyətsiz yemək verən, ayrılan vəsaitləri düzgün istifadə etməyən bağça müdirlərinə hansı cəza verilir?

Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. O həmin cinayətin mənimsəmə və ya israfetmə, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə məsuliyyətə səbəb olduğunu bildirib:

“Uşaq bağçalarında yeməklərin aşağı keyfiyyətlə verilməsi və bunun uşaqların səhhətinə zərər vurmasında cinayət tərkibi var. Həmin yeməklərə ayrılan vəsaitlərin düzgün xərclənməməsi, mənimsənilməsi və ya israf edilməsi bağçanın səlahiyyətli şəxsləri tərəfindən törədilibsə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsinə tövsif edir. Əgər bu ziyan 5 min manatdan yuxarıdırsa 179.2.4-cü maddəsilə cinayət işi açılır. Həmin maddə əsasında təqsirli bilinənlər 2 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər. Həmçinin bu cinayətlər vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində yaranırsa və uşaqların sağlamlığına zərər vurursa, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərində sui-istifadə) və mənimsəmə maddəsilə məsuliyyətə səbəb olur. Həmin iş prokurorluqda araşdırılır.

Birmənalı olaraq, dövlətin uşaq bağçalarına ayırdığı dotasiyalar, vəsaitlər aidiyyatı üzrə keyfiyyətli şəkildə, qanunla göstərilmiş porsiyalarla xərclənib istifadə olunmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3495
avatar

Mehman Nəbiyev

Oxşar yazılar