Universitetlərdə yoluxma niyə artır? - "Test verməyə hamının imkanı yoxdur"
26 oktyabr 2021 16:42 (UTC +04:00)

Universitetlərdə yoluxma niyə artır? - "Test verməyə hamının imkanı yoxdur"

“Bu günə qədər Azərbaycan Memarlıq və İnşaat Universitetində 6 qrup distant təhsilə keçib”.

Bu sözləri Lent.az-a açıqlamasında universitetin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva deyib. O bildirib ki, sözügedən qruplardan ikisi Mexaniki İnformasiyalar Texnologiyası fakültəsindən, biri “SABAH” qrupundan (artıq əyani dərs başlayıb), dördü isə Memarlıq fakültəsindən olub:

“Bəzi tələbələrdə mövsümi xəstəliklər, yaxud virusun hər hansı bir əlaməti müşahidə edilir. Bu zaman biz onlardan test vermələrini istəsək də, poliklinikaların qızdırma olmadıqda test götürmədiklərini bildirirlər. Axı hamının maddi imkanı test verməyə çatmır. Elə buna görə də universitetlərdə yoluxma halları artır. 

Bu səbəbdən də biz bilmirik ki, elə tələbələr haqqında nə qərar verək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5568
avatar

Aytəkin Cəlali

Oxşar yazılar