Toyların keçirilməsinə icazə verilsin? - Lent.az-da VİRTUAL SORĞU
19 yanvar 2021 10:58 (UTC +04:00)

Toyların keçirilməsinə icazə verilsin? - Lent.az-da VİRTUAL SORĞU

Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) təhlükəsi səbəbi ilə Azərbaycanda toy məclislərinin (2020-ci ilin mart ayından etibarən) keçirilməsi qadağan edilib. Sözügedən qadağa ilə bağlı isə daimi olaraq yerli mediada, sosial şəbəkələrdə müzakirələr yaradılır.

Lent.az-ın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq sosial şəbəkə (“Facebook”, “Instagram”) istifadəçilərimizə "Toyların keçirilməsinə icazə verilsin?" sualını ünvanlayıb.

Sorğumuzda iştirak edən 250-ə yaxın istifadəçinin 55-i toyların əvvəlki qaydada keçirilməsini istəsə də, 26 nəfər toyların keçirilməsinə qarşı çıxıb. 

Digər şəxslər isə toyların əvvəlki qaydada yox, yeni və sadələşdirilmiş şəkildə keçirilməsi barədə təkliflərini irəli sürüb.

Xatırladaq ki, 2020-ci ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 29 580 nikah qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,5 olub.

2019-cu ilin sözügedən aylarında isə qeydiyyat şöbələri tərəfindən 51 735 nikah qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,3-ə artmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1923
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar